Bərdədə canavarlar 50 yə yaxın xırdabuynuzlu heyvanı tələf etdi

18.05.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bərdə rayonunda canavarların fərdi təsərrüfata hücumu nəticəsində xeyli sayda xırdabuynuzlu heyvan tələf olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata hücum edən canavarlar təxminən 50-yə yaxın xırdabuynuzlu heyvanı tələf edib.

Hadisə nəticəsində təsərrüfat sahibinə ciddi maddi ziyan dəyib. Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib.

Ziya Əmirxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью