Bərdədə doğuş xəstəxananın həyətində baş verdi həkimlər operativ müdaxilə etdi

14.09.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

10.09.2026-cı il tarixində saat 10:40 radələrində 35 həftəlik hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb.

Həkimlərin çevik və peşəkar müdaxiləsi nəticəsində ana və körpəyə zəruri tibbi xidmətlər vaxtında göstərilib və nəticədə çəkisi 2 kq. 190 qr., boyu 45 sm, cinsi qız olan körpə dünyaya gəlib.

Hazırda zahı qadının və körpənin vəziyyəti stabil qiymətləndirilir. Dominos pizza

Aydan Hacı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью