Bərdədə doğuş zamanı ÖLÜM HADİSƏSİ

18.03.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bərdə rayonunda doğuş zamanı 28 yaşlı ana ölüb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Firuzə Qaçaylı kəskin ağrılarla xəstəxanaya müraciət edib.

Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan körpə (oğlan) isə sağdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью