Bərdədə əməliyyat: HƏBS EDİLƏN VAR VİDEO

10.02.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
 

Bildirilib ki, onun yaşadığı ünvandan 3 kiloqramdan artıq tiryək aşkarlanıb. Həmin şəxs narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib.


Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью