Bərdədə gənclərlə maarifləndirici görüş keçirilib

23.09.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Bərdədə tədbir keçirilib.

Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüşdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Xidmətin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Bərdə rayon şöbəsinin rəisi polkovnik Nağı Cəfərov qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər. Eyni zamanda, tədbir çərçivəsində zərərli vərdişlərə qarşı mübarizəyə toxunularaq, gənclərin iştirakı ilə “Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici çıxışlar edilib.

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçısı və digər qonaqlar da təəssüratlarını bölüşüblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью