Bərdədə hərbi qulluqçusu ilə vida mərasimi keçirildi FOTO

22.03.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Rüstəm Ruslan oğlu Həmidov ilə vida mərasimi Bərdə şəhərində keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 15.08.2005 - ci il təvəllüdlü hərbi qulluqçunun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.
Qeyd edək ki, Rüstəm Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu ilə birlikdə qar uçqunu nəticəsində dünyasını dəyişib.
Xatırladaq ki, Rüstəm Həmidov Bərdə şəhər şəhidlər xiyabanında dəfn ediləcək.


Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью