Bərdədə kişi çayda boğuldu

31.07.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bərdə sakini çayda boğulub. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib. 

Belə ki, rayon sakini Rüstəmov Nihad Əliqulu oğlu çayda boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью