Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bərdə rayonunun Həsənqaya kəndində kütləvi zəhərlənmə qeydə alınıb.
Reyting.az APA-ya istinadla bildirir ki, 10 nəfərdən çox şəxs halsızlıq və qusma halları ilə bağlı xəstəxanaya müraciət edib.
Həmin şəxslərin hamısı kənddə keçirilmiş yas mərasimində iştirak etdikdən sonra bu problemlə üzləşiblər.
Onlara tibbi yardım göstərilir.
***
Zəhərlənənlərin siyahısı aşağıdakı kimidir:
Qasımov Raul Səbuhi oğlu - 2018-ci il təvəllüd
Qasımova Şəlalə Sultan qızı - 1960-cı il təvəllüd
Hüseynova Məhbubə Fəqan qızı - 1993-cü il təvəllüd
Hüseynova Gülnaz Nəzər qızı - 1965-ci təvəllüd
Cabbarov Elcan Şamo oğlu - 2010-ci təvəllüd
Hüseynova Əsmər Əfqan qızı - 1986-cı təvəllüd
Qasımova Samirə Qabil qızı - 1989-cu təvəllüd
Hüseynova Nəzakət Tapdıq qızı - 1978-ci təvəllüd
Qəmbərova Yasəmən Ədalət qızı - 1987-ci təvəllüd.
***
Bərdədə yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildiriblər ki, 23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub:
“Zəhərlənənlərin hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir".