Bərdədə kütləvi zəhərlənmə halı qeydə alınıb

23.02.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.

APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, 10 nəfərdən çox şəxs halsızlıq və qusma halları ilə bağlı xəstəxanaya müraciət edib.

Həmin şəxslərin hamısı kənddə keçirilmiş yas mərasimində iştirak etdikdən sonra bu problemlə üzləşiblər.

Onlara tibbi yardım göstərilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью