Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bərdədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını lentə alaraq sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 90-PR-014 dövlət nömrə nişanlı “Lada Granta” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, o, hərəkətdə olan nəqəliyyat vasitələrinin arasından keçərək qəza şəraitinə səbəb olub. Digər kadrda sürücü maşını təhlükəsizlik adacığının üzərində saxlayıb. Qeydə alınmış digər görüntüdə isə o, düz xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və digər hərəkət iştirakçılarını təhlükəyə atıb. Eyni zamanda sürücü avtomobilin konstruksiyasına da müdaxilə edib.
Nərmin