Bərdədə maşın ağaca çırpıldı

12.03.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, xanım sürücü idarə etdiyi "Chevrolet" markalı minik avtomobilinin idarəetməsini itirib, nəticədə, nəqliyyat vasitəsi ağaca çırpılıb.

Hadisə nəticəsində maşında alışma riski reallaşdığı üçün hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, baş verə biləcək yanğının qarşısı alınıb.

Yüngül xəsarət alan şəxsə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью