Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb və aşıb.
Qəza nəticəsində sürücü xəsarət alıb. Hadisə eyni zamanda internet xəttinə də zərər vurub.
Faktla bağlı araşdırma aparılır.