Bərdədə maşın kanala aşdı, sürücü xəsarət aldı

03.10.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bərdə rayonunda avtomobil qəzaya uğrayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Bala Ərəblər kəndi ərazisində baş verib.

Bərdə rayon sakini, 2000-ci il təvəllüdlü Elgün Mustafazadə sürdüyü VAZ-2106 avtomobilində idarəetməni itirib yolun kənarındakı su kanalına aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью