Bərdədə məktəb direktorundan şikayət var

21.09.2026

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

                         “Müəllimlərdən pul yığılır, gənc kadrlar aşağılanır”.

Bərdə rayonunun Xanərəb kəndində yerləşən Qalib Quliyev adına tam orta məktəbdə gərginlik yaşanır.

Gununsesi.info-ya müraciət edən bir qrup müəllim məktəb direktoru Xəyal Rüstəmov tərəfindən müxtəlif qanunsuzluqlara və təzyiqlərə məruz qaldıqlarını bildiriblər.

Məlumata görə, məktəbdə pedaqoji heyətdən və digər işçilərdən müxtəlif bəhanələrlə pul tələb olunur, əlavə dərs saatları qeyri-şəffaf şəkildə bölüşdürülür və “pul verməyən” müəllimlərə qarşı fərqli, öyrəncəli münasibət göstərilir.

İddia olunur ki, direktor Xəyal Rüstəmov iclaslarda xüsusilə gənc müəllimələrə qarşı aşağılayıcı və təhqiramiz ifadələr işlədir. Həmçinin, pul yığımı prosesini daha rahat idarə etmək məqsədilə direktor müavini Bahar xanımın da müəyyən səlahiyyətlərinin əlindən alındığı bildirilir.

Şikayətçilərin sözlərinə görə, direktor tez-tez Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi ilə yaxın münasibətlərinin olduğunu vurğulayaraq işçilər üzərində psixoloji üstünlük yaratmağa çalışır.

Məktəbdəki vəziyyətlə bağlı müəllimlər artıq iki dəfə rəsmi qurumlara müraciət ünvanlayıblar.

Altı müəllim tərəfindən iyulun 26-da Elm və Təhsil göndərilib. Sentyabrın 16-da bir qrup müəllim Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyinə yenidən şikayət edib.

Müəllimlər bildirirlər ki, anonim müraciət etməyə məcbur qalublar. Çünki açıq şəkildə narazılıq edənlər sonradan işitdiriləcəklərindən, təzyiqlərlə qarşılaşacaqlarından və ya dərs saatlarının azaldılacağından ehtiyat edirlər.

Müraciət edən şəxslər əllərində məktəbdə rüşvət hallarının baş verdiyini sübut edən faktların olduğunu bildirirlər.

Qeyd olunur ki, müəllimlərdən birinin yanlışlıqla digər müəllimə göndərmək əvəzinə ümumi məktəb qrupuna atdığı səs yazısında məktəbdəki pul yığımları açıq şəkildə müzakirə olunur. Həmin səs yazısının əslində direktor müavini Bahar xanıma ünvanlandığı bildirilir.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью