Icma.az bildirir, Bizim media portalına istinadən.
Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Bərdə-Yevlax avtomobil yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qadın sürücünün idarə etdiyi avtomobil yolu keçən Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Qasımovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mərhumun meyiti müayinə olunması üçün Bərdə rayon morquna aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.