Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib. İlkin məlumata görə, “Qazel” markalı yük avtomobili kənd sakini, 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub. Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Oxunub 12