Bərdədə qəza: Bir nəfər ÖLÜB

18.11.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Report-a istinadla xəbər verir ki, hadisə Bərdə-Yevlax yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, adı hələ açıqlanmayan qadın sürücü yolu keçməkdə olan rayonun Qarağacı kənd sakini 1994-cü il təvəllüdlü Qasımov Fərid Əfqan oğlunu vurub.

Yaralı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Mərhumun meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon morquna aparılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью