Bərdədə rayonunda zəhərlənmə hadisəsi baş verib

26.06.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bərdədə rayonunda zəhərlənmə hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Qaradağlı kəndində qeydə alınıb.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 25-də saat 21:50-də Bərdə Rayon Mərkəzi Xəstəxanasına iki nəfər (qadın cinsli) hospitalizasiya olunub.

"Pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью