Bərdədə sayğacsız qaz borcu: Sakinə 5 aydır ödəniş yazılır

20.08.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bərdədə vətəndaşlardan biri təxminən beş aydır evinin qaz sayğacının olmadığını, buna baxmayaraq, telefonuna qaz sərfiyyatı və borc barədə bildirişlərin gəldiyini bildirir.

Bakıvaxtı.az xəbər verir ki, Baku TV-yə danışan vətəndaş bildirib ki, qaz sayğacı ilə yanaşı, işıq sayğacı da yoxa çıxıb. Lakin işıq sayğacı aidiyyəti qurum tərəfindən bərpa edilsə də, qaz sayğacının quraşdırılması ilə bağlı tədbir görülməyib:

"Qaz sayğacımız oğurlanıb, beş aydır sayğac yoxdur. Amma sistemdə altıncı aya kimi sərfiyyat göstərilir və borc hesablanır. Hara şikayət edirəmsə, müraciətimizə baxan yoxdur. Əgər bu sayğac işlək deyilsə, niyə sərfiyyat göstərir?"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью