Bərdədə təhlükəli vəziyyət Foto

16.05.2025

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bərdədə işıq dirəkləri təhlükə saçır. Taxta dirəklər çürüyüb tökülməkdədir, lakin “Azərişıq” heç bir tədbir görmür.

Tribunainfo.az xəbər verir ki, bu problemi sosial şəbəkələrdə Təyani Valehzadə ictimailəşdirib. O bildirib ki, şikayəti “Aztelekom” və “Azərişıq” İB-dəndir:

“İşıq və telefon xətti çürüyüb artıq. Şikayət də etmişəm bir ay əvvəl. Bildirirlər ki, aidiyyəti şöbəyə yönləndirdik. Üzərindən artıq bir az keçib. Zəng edib deyirəm ki, bəs nə oldu?
Deyirlər, get, Bərdə şöbəsinə müraciət elə. Bir aydı Qaynar xətti vecinə almayan qurum mənim müraciətimi vecinə alacaq?”.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью