Bərdədə uşaq bağçasında UÇQUN 1 azyaşlı....

15.03.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bərdədə uşaq bağçasında uçqun olub.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə Bərdə şəhər Təbriz küçəsində yerləşən 4 saylı uşaq bağçası-körpələr evində baş verib.

Binanın eyvan hissəsində baş verən hadisə zamanı uçqun altında bir azyaşlının qaldığı bildirilir.

Hadisə yerinə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью