Bərdədə uşu sanda üzrə rayon birinciliyi təşkil olunub FOTO

13.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bərdə “Ziya” İdman Klubunun zalında uşu-sanda idman növü üzrə rayon birinciliyi təşkil olunub.

İdman.Biz xəbər verir ki, idman tədbiri Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilib.

Birincilikdə 2010-2011, 2012-2013, 2014-2015 və 2016-2017-ci il təvəllüdlü idmançılar mübarizə aparıblar.

Tədbirdə ümumilikdə 30 nəfər idmançı iştirak edib.

Qeyd edək ki, birinciliyin yekununda fərqlənən idmançılar Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunublar.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью