Bərdədə “VAZ” əks yola çıxıb “Mercedes”ə çırpıldı ANBAAN VİDEO | Icma.az
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq. Bərdədə baş vermiş yol qəzası anbaan müşahidə kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb.
Görüntüdən də aydın olduğu kimi, “VAZ” markalı maşının sürücüsü anidən idarəetməni itirir və əks istiqamətli yola çıxır.
Bu zaman qarşı tərəfdən gələn “Mercedes” markalı avtomobillə toqquşur.
Xoşbəxtlikdən “Mercedes”in sürücüsü professional davranaraq qəza zamanı sükanı buraxmır və bir müddət sonra maşını saxlayır.
Qeyd edək ki, qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Nərmin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu