Bərdədə vətəndaşların müraciətləri dinlənilib

20.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bərdədə vətəndaşların müraciətlərini dinləyib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsinə dərin ehtiram bildirilib.

Görüş zamanı Bərdə və Tərtər rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, övladının müalicəsi, ailədaxili münasibətlər, uşaqla ünsiyyət, məişət zorakılığı, sosial müavinət və digər məsələlər yer alıb.

Hər bir müraciət dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью