Bərdədə yanğın oldu

17.05.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Bərdə rayonunun Yeni Daşkənd kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün taxta atmaları 25 m² və yaxınlıqda 5 m² sahədə taxta tullantıları yanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью