Bərdədə yas mərasimində 15 nəfər zəhərləndi

23.02.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

Bərdə rayonunun Həsənqaya kəndində yas mərasimində kütləvi zəhərlənmə baş verib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfərə yaxın şəxs ürəkbulanma və halsızlıq şikayətləri ilə Bərdə Mərkəzi Xəstəxanasına müraciət edib.

İlkin ehtimala görə, zəhərlənməyə səbəb dəm qazı olub. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərilib, onlardan biri xəstəxanada saxlanılıb, digərləri isə evə buraxılıb.

Hadisənin səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью