Bərdədə yol kənarında park edilmiş maşın kanala düşdü VİDEO

02.12.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 1-də səhər saatlarında Qaradəmirçi kəndində qeydə alınıb. Belə ki, yol kənarında park edilmiş “VAZ-2107” markalı maşın kanala düşüb. Hadisə şahidlərinin məlumatına əsasən, qəzaya səbəb sürücünün ehtiyatsızlığı olub. Nəticədə sürüşən maşın kanala aşıb. Xoşbəxtlikdən hadisə zamanı nəqliyyat vasitəsində insan olmayıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью