Bərdədə yol qəzası Ata və oğlu həlak oldu

28.10.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ötən gecə Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Mehdili kəndi ərazisində iki “Lada Priora” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Ələddin Əliyev, onun 2005-ci il təvəllüdlü oğlu Röyal Əliyev2003-cü il təvəllüdlü Səyyad Elnur oğlu Əliyev hadisə zamanı vəfat edib. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin əməkdaşları qəza zamanı avtomobildə sıxılı qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı 



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью