Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bərdədə bir nəfərin ölümü iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Lada" markalı avtomaşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü, 2003-cü il təvəllüdlü İsgəndərov Binnət Taleh oğlu ölüb.
Sərnişinlər İsgəndərov Davud və Allahverdiyev Elmir isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.