Bərdədə yük və minik avtomobilləri toqquşdu Sürücü öldü

14.03.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, qəza hadisəsi ötən gecə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb. 

İlkin məlumata görə, rayon sakini 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi “VAZ-2106” markalı, 09 BK 349 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində “VAZ”ın sürücüsü Y.Rəhimov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri araşdırılır.

Ziya Əmirxanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью