Bərdədə Zəfər Gününə həsr olunmuş atletika yarışı keçirildi FOTO

28.11.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

24-27 noyabr arağılında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş oğlan və qızlar arasında atletika idman növü üzrə Bərdə rayon birinciliyi keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə Gənclər və İdman Sektoru və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutub.

Birincilikdə 2011-2012 və 2013-2014-cü il təvəllüdlü məktəblilər yerindən uzunluğa tullanma, qaçışın müxtəlif məsafələri üzrə mübarizə aparıblar.

Belə ki, oğlanlar 100 və 200 metr, qızlar isə 60 və 100 metr məsafələrində qüvvələrini sınayıblar.

Yarışda 43 məktəbi təmsil edən ümumilikdə 167 şagird iştirak edib. Onlardan 67-si qız, 100-ü isə oğlan olub.

Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilər arasında atletika idman növünə marağın artırılması, gənc istedadların üzə çıxarılması və idmanın kütləviliyinin təşviqidir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью