Статья не опубликована
Bərdənin deputatı bu vəzifəsini itirdi | Icma.az

Bərdənin deputatı bu vəzifəsini itirdi

18.01.2025

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.

Yığıncaqda Federasiyanın İcraiyyə Komitəsinin tərkibi yenidən təsdiq edilib.

Baş tutmuş səsvermənin nəticələrinə əsasən, növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Qurumun sabiq prezidenti Xanlar Fətiyev yeni federasiya prezidentinə və üzvlərinə uğurlar arzulayıb.

Qeyd edək ki, Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью