Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Rusiya Millisinin keçmiş baş məşqçisi Boris İqnatyevin vəfatı ilə əlaqədar başsağlığı verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:
“Boris İqnatyevin vəfatı Rusiya futbolu, doğmaları və yaxınları üçün böyük itkidir. Bizim dostluğumuzun tarixi çox əvvəllərə dayanır. Dünyanın ən səmimi insanlarından biri idi. Onun insani keyfiyətləri haqda çox danışmaq olar. Mükəmməl ailə başçısı, ata və dost idi. Gənc futbolçuların inkişafında çox böyük əməyi olub. Onlarla peşəkar futbolçunu ölkə futboluna qazandırıb. Böyük mütəxəssisi, gözəl qəlbli dostumuzu itirdik”.