Berdıyev: “Bu gün 2 xal itirdik”

05.04.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Səbail” – “Turan Tovuz” (0:0) matçından sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Yaxşı başa düşürük ki, bu gün 2 xal itirdik. İlk hissədə ehtiyatlı oynadıq. İkinci yarıda nisbətən yaxşı oynadıq, amma qol çatışmadı.

– Son 5 oyunda 2 xal toplamısız. Avrokuboklara yollanmaq nə dərəcədə realdır?
– Razıyam. Amma futbolçularla danışıqlar gedir. Ümid edirəm ki, bundan sonra daha yaxşı çıxış edəcəyik.

– Tural Bayramlınl deyəsən ümumiyyətlə heyətdən silmisiz…
– Xeyr, sadəcə həmin mövqedə rəqabət güclüdür.

– Oyundan sonra Veysəl Rzayevlə azarkeşlər arasında baş verən insident nəyə görə oldu?
– Məlumatım yoxdur.

– Anton Kraçkovskini niyə oyunlarda görmürük?
– Sırf bugünkü oyunda xəstə idi.

– Bundan əvvəlki oyunlarda da onu görmürdük. Bir səbəbi var?
– Bu, elə bir mövqedi ki, rəqabət güclüdür. Həm də legioner olması təsir edir?

– Qış transferində edilən transferlər effektiv görünmür. Bunun məsuliyyətini kim daşıyır?
-Deməzdim ki, uğursuz transferlərsir. Məsələn, Hurtado ilə Jorlaem uğurlu transferlərdir.

Mirkamal Kazım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью