Berdıyev: “Bu səhvləri etməməli idik”

31.08.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XV turunun “Turan Tovuz” – “Sabah” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Müdafiədə buraxdığımız kobud səhvlərdən sonra “Sabah” qollar vurdu və qələbə qazandı. Bu səhvləri etməməli idik.

– Sizcə məğlubiyyətin əsas səbəbi nədir? Sizin taktiki səhvlərinizin olduğunu düşünürsüz?
– Desək ki, məşqçi səhv etmir, doğru olmaz. İstənilən məşqçi səhv edir.  Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi. Bunun nəticəsində “Sabah”ın istifadə edəcəyi boşluqlar çox oldu.

– Oyundan əvvəl rəqibi təhlil edirsiz?
– Əlbəttə.

– Bu gün azarkeşlər sizin ünvanınıza “istefa” şüarları səsləndirdi. Bununla bağlı nə deyə bilərsiniz?
– Bu məsələləri bütün klublarda prezident həll edir. Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir.

– Bu gün “Turan Tovuz”un sərgilədiyi oyun idi?
– Xeyr.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью