Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 13-cü turunda “Kəpəz” üzərində 2:1 hesabı ilə qazandıqları qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanın gözlədikləri kimi çətin keçdiyini vurğulayıb:
“Gözlədiyimiz kimi, çətin oyun oldu. “Kəpəz”ə qarşı matçlarımız həmişə ağır keçir. Rəqibin yaxşı yarımmüdafiə və hücum xətti var. Futbolçularımızın xarakter göstərməsinə sevinirik. Vacib qələbə qazandıq”.
Berdiyev “Kəpəz”in qazandığı penalti epizodunu izləmədiyini və bu səbəbdən həmin vəziyyətlə bağlı fikir bildirməyin çətin olduğunu qeyd edib.
Xorxe Silvanın yoxluğunun qarşıdakı oyunlarda komandaya yaradacağı mümkün çətinliklərə toxunan mütəxəssis futbolçuların hazırlıq vəziyyətini dəyərləndirəcəklərini söyləyib.
“Turan Tovuz”un çalışdırıcısı həmkarı Azər Məmmədovun “Kəpəz”in ən azı bir xal qazanmağa layiq olduğu barədə açıqlamasına isə qısa cavab verib:
“Bu, onun fikridir”.