Berdıyev: “Heyət yaxşıdırsa, əvəzetməyə ehtiyac duymuram”

21.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Neftçi” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib…

– Düşünürəm ki, ilk hissədə futbolçularım çox həyəcanlandılar və lazım olan aqressiyanı göstərə bilmədilər. İkinci yarıda isə daha istəkli və aqressiv oynadılar. İkinci hissədən nisbətən razı qaldım. Meydançadakı oyunçularım yaxşı idilər deyə əvəzetməyə ehtiyac duymadım. Zədəsi olmasına baxmayaraq, son dəqiqələrdə Roderik Milleri oyuna daxil etdim və o da özünü yaxşı tərəfdən göstərə bildi.

– Yaxın keçmişə qədər Ayxan Hüseynov ya əsas heyətdə çıxış edirdi, ya da sonradan meydana çıxırdı. Amma son vaxtlar oynamır. Nə dəyişib?
– Futbolçunun kimliyindən asılı olmayaraq, kimin yaxşı olduğunu düşünürəmsə, ona da şans verirəm. Bu barədə dəfələrlə demişəm. Əgər meydandakı heyət yaxşıdırsa, əvəzetməyə ehtiyac duymuram.

– Bu nəticəni nə dərəcədə qənaətbəxş sayırsız?
– Əgər mövsümün başlanğıcında soruşsaydınız, deyərdim ki, yaxşı nəticədir. Amma elə oyunlar oldu ki, biz çox vacib xallar itirdik. Hazırda bununla bağlı müxtəlif hislər yaşayıram.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa Tovuzda hərəyə bir xal – YENİLƏNİR

21 Dekabr 2024, 17:56

Əsas xəbərlər, Premyer liqa Tovuzda heyətlər məlum oldu

21 Dekabr 2024, 15:19

Əsas xəbərlər, Manşet, Premyer liqa “Neftçi” üçün kritik sınaq

21 Dekabr 2024, 12:46

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi” “Turan Tovuz”la oyunöncəsi son məşqə çıxdı

20 Dekabr 2024, 21:22

Əsas xəbərlər, Manşet, Premyer liqa Zirədə “səssiz” və ehtiyatlı oyun

16 Dekabr 2024, 9:28

Əsas xəbərlər, Manşet, Premyer liqa Zirədə “sülh”, “Neftçi”dən qələbə

15 Dekabr 2024, 20:25

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью