futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasının VIII turunun “İmişli” – “Turan Tovuz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Düşünürəm ki, rəqib layiqli qələbə qazandı. Standart vəziyyətlərdən çəkinirdik, amma onlar fərqlənməyi bacardı. Biz isə əlimizə düşən imkanları dəyərləndirə bilmədik.
– Əsas silahınız standart vəziyyətlərdir. Amma son vaxtlar bundan yararlana bilmirsiniz.
– Məşqlərdə bunun üzərində çox çalışırıq, hər dəfə alınan şey deyil. Təəssüf ki, bu gün də olmadı.
Şahin Cəfərov