futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XXX turunda keçirilən “Turan Tovuz” – “Sabah” (2:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev oyundan sonra jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:
– Layiqli qələbə qazandıq. Halbuki yaxşı başlamamışdıq. İkinci hissədə oyunun gedişatını tamamilə dəyişə bildik.
– Sonuncu dəfə “qırmızı” nə vaxt almışdız və həmin epizodda nə baş verdi?
– İlk dəfə idi. Emosiyalar idi. Bu cür davranmalı deyildi. Bir neçə dəfə oyunçularıma qarşı açıq ayaqla oynayırdılar, amma hakim sakit qalırdı.
– Uzun müddətdir ki, qələbə qazana bilmirdiz. Bu qələbə komandanın geridönüşünə kömək edə bilər?
– Buna güman edirəm. Çünki psixoloji təzyiq var idi. Bundan sonra aradan qaldırıldı.
– Bu dəfə oyunu kənardan izlədiz. Komandanızı necə gördüz?
– Dördlü müdafiəyə keçdik və hücumları artırdıq. Tribunadan baxmağa gəlincə, bir də orada olmaq istəməzdim.
– Çempionatda 3-cü olmaq realdır, yoxsa “Qarabağ” və “Araz-Naxçıvan”ın kuboku qazanmasını gözləmək?
– Biz heç kimdən asılı olmaq istəmirik. Kiminsə uğursuzluğuna yox, öz oyunumuza köklənirik.
Mirkamal Kazım