Berdıyev: “Mühakimə etmək çətindir”

08.11.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının XI turunun “Zirə” – “Turan Tovuz” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Bütün komanda adından Zəfər Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm. Oyun təxmin etdiyimiz kimi çətin oldu. Qırmızı vərəqədən sonra daha da çətin idi. Futbolçularıma təşəkkür eidrəm ki, xarakter göstərdilər. İmkan daxilində əks-hücumlar yaratdılar, kifayət qədər də təhlükəli oldular.

– Olabe qırmızı vərəqə aldığına görə cəzalanacaq?

– Xeyr, belə bir şey olmayacaq. Başqa cür oynaya bilmir. Döyüşkən xarakteri var, hamımızın bundan xoşu gəlir. Amma ona bildirmişdim ki, ehtiyatlı ol, sarı vərəqən var.

– “Turan Tovuz”un bu mövsüm ilk heç-heçəsi idi. Aktivinizə bir xal yazdınız, yoxsa iki xal itirdiniz?

– Qırmızı vərəqədən sonra bu xal yaxşıdır.

– Sizcə, Əliyar Ağayev ilk hissədə qırmızı vərəqə qərarını dəyişməklə doğru etdi? 

– Mühakimə etmək çətindir. Hakimin qərarını niyə dəyişdiyini bilmirəm.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью