Berdıyev nə üçün peşmandır?

26.05.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Rusiya mətbuatına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “Cappuccino & Catenaccio” yutub kanalına danışan mütəxəssis vaxtilə “Spartak”dan aldığı təklifi qəbul etmədiyinə görə peşman olduğunu deyib:

“Spartak”a keçidim gündəmdə idi. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Leonid Fedunla iki dəfə görüşdüm, hər şeyi danışdım, amma sonra anidən nəsə oldu və imtina etdim. Həyatımda peşman olduğum şey varsa, o da budur”.

Berdıyev daha əvvəl Rusiyada “Rubin”ə rəhbərlik edib. 2024-cü ilin yayından “Turan Tovuz”u çalışdırır. Komanda onun başçılığı altında bu mövsüm liqanı üçüncü sırada bitirib və Konfrans Liqasına vəsiqə qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью