Berdıyev “Neftçi” ilə heç heçəni itki saydı

24.10.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının IX turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı bərabərliyə razılaşan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşmanı dəyərləndirdi:

– Paltardəyişmə otağında futbolçulara göstərdikləri səyə və əzmkarlığa görə təşəkkür etdim. Rəqib komanda azlıqda qalanadək də meydanda üstün tərəf biz idik. Qırmızı vərəqədən sonra isə hücumda çoxlu məqamlar və qol epizodları əldə etdik, lakin təəssüf ki, onların heç birini reallaşdıra bilmədik. Qələbə qazanmalı olduğumuz matçda 3 xal ala bilməməyimiz bizim üçün çox üzücüdür.

– Heç-heçəni qazanılan 1 xal sayırsınız, yoxsa itirilən 2 xal?

– Düşünürəm ki, bu gün Bakıda 2 xal itirdik.

– Qapınızda gördüyünüz qol epizodunda qapıçının çıxışını necə dəyərləndirirsiniz?

– Həmin epizodda təkcə qapıçının yox, ümumilikdə bütün komandanın səhvi var idi. Orada sırf bir nəfəri günahlandırmaq olmaz, xırda detallar çox idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью