Berdıyev: O şansı gənc oyunçuların özləri qazanmalıdır

27.04.2026

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXIX turunun “Turan Tovuz” – “Zirə” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyevin iştirakı ilə mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb:

– Pis oynamadıq. İlk hissədə çox güc sərf etdik. Fasilədən sonra futbolçularda yorğunluq hiss olundu. Bəzi əsas oyunçularımızın da yoxluğu oyuna təsir etdi. Uşaqlara yenə də təşəkkür edirəm.

– Demək olar, avrokuboklara vəsiqəni təmin etmisiniz. Növbəti oyunlarda gənclərə şans verməyi düşünmürsünüz? 

– Yerli gənc oyunçular özləri bu şansı qazanmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью