Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Misli Premyer Liqasının VII turunda səfərdə “Şəfa”nı 1:0 hesabı ilə məğlub edən “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma barədə fikirlərini bölüşdü:
– Çox ağır və gərgin oyun keçdi. Lakin yekunda qələbə qazandığımız üçün şadıq. Düşünürəm ki, komandam bu gün nümayiş etdirdiyi mübarizə ilə qələbəyə tam layiq idi. Təəssüf ki, futbolçumuz Denis Marandiçi matçın gedişində yenə ağır zədə aldı.
– Denisin zədəsinin ciddiliyi barədə nə deyə bilərsiniz?
– O, kəllə-beyin zədəsi alıb. Təəssüf ki, vəziyyəti ciddidir və yaxın vaxtlarda cərrahi əməliyyat olunacaq.
– Son vaxtlar media və sosial şəbəkələrdə klub rəhbəri Ehtiram Quliyevin postundan ayrılacağı ilə bağlı şayiələr dolaşır. Bu cür xəbərlər komandaya və şəxsən sizə necə təsir edir?
– Sizdən xahiş edirəm ki, oyunlardan sonra mənə belə olan sualları ünvanlamayasınız. Bunu birbaşa özündən soruşsanız, daha doğru olar. Biz ümumiyyətlə bu barədə heç nə eşitməmişik.
Ayxan Zayıdzadə