Berdiyev: “Rəşad Sadıqov Co Batistanın epizodu haqqında heç nə demədi?”

19.09.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının VI turunda evdə “Zirə”yə 1:0 hesabı ilə qalib gələn “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə matç haqqında təəssüratlarını bölüşdü:

– Birinci dəqiqədən sonuncu dəqiqəyə qədər göstərdikləri əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm. Allah da uşaqlara kömək oldu və bütün azarkeşlərimizə qələbə sevinci bəxş etdik.

– Oyun bitəndən sonra mətbuat konfransına gəlməyiniz nədən yubandı? Daxildə nə baş vermişdi?

– Xahiş edirəm, suallarınız oyunla bağlı olsun. Bu, oyuna aid deyil, matçdan sonrakı məsələdir.

– Sizin futbol fəlsəfənizdə kifayət qədər sərt mübarizəyə üstünlük verildiyi görünür. Meydandakı bu sərtlik haqda nə düşünürsünüz?

– Əgər hakimlik tərəfindən hər iki tərəfə eyni dərəcədə yanaşılırsa, onda bu cür sərt mübarizə tamamilə normaldır.

– Rəşad Sadıqov bildirdi ki, “Zirə” aut atsaydı matç bitəcəkdi və hakim qərarlarında ədalətsizlik oldu. Bu fikirlərə reaksiyanız necədir?

– Bəs Rəşad Sadıqov Co Batistanın epizodu ilə bağlı heç nə demədi? Rəqib futbolçusunun Conu texniki zonaya itələdiyi anı vurğulamadı? Orada ikinci sarı vərəqə olmalı idi. Yaxşı olar ki, hakimlərdən yox, sırf oyundan danışaq.

Ayxan Zayıdzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью