futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kurban Berdıyev “Turan Tovuz”dan ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Rusiyanın “Lokomotiv” klubunda baş məşqçi postuna namizəddir. Bu barədə menecer Timur Qrutskaya məlumat yayıb.
Moskva klubu baş məşqçisi Mixail Qalaktionovla yollarını ayırmağı düşünür. Posta əsas namizədin Berdıyev olduğu bildirilib.
Paytaxt təmsilçisi yeni mövsümdə 3 oyunda 2 xal toplayıb.
Kurban Berdıyev 2024-cü ildən “Turan Tovuz”u çalışdırır. Komanda onun başçılığı altında ötən mövsüm Premyer Liqada bürünc medal qazanıb.