Berdıyev Turan Tovuzu tərk etdi: Rəhbərliklə arasında nə baş verib?

25.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Rusiyalı mütəxəssis Qurban Berdıyev "Turan Tovuz"dan ayrılıb

Publika.az xəbər verir ki, bu barədə "Legalbet.ru" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 72 yaşlı mütəxəssisin klubdakı işi rəhbərliklə münaqişələrlə müşayiət olunub. Nəticədə Berdıyev ayrılmağı üstün tutub.

“Turan Tovuz” 14 turdan sonra Azərbaycan Premyer Liqasının turnir cədvəlində üçüncü yeri tutur. Berdyev komandaya 2024-cü ilin iyunundan rəhbərlik edir.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью