Berdıyev “Zirə” ilə oyundan nələr dedi?

15.12.2024

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XVII turunun “Zirə” – “Turan Tovuz” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Fikirləşirəm ki, gərgin oyun oldu. Küləyi nəzərə alsaq, müəyyən çətinlik çəkirdik. Məncə, oyun qola qədər davam edəcəkdi. Qol olmadığına görə hesabı qanunauyğun saya bilərik.

– İlin sonuna yaxın komandanı oyunlara kökləmək çətin deyil?

– Xeyr. Bu mənada heç bir problem yoxdur. Uşaqlar oyunlara həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hazırlaşırlar.

– Qışda heyətə cəlb etmək üçün bəyəndiyiniz futbolçular var?

– Bütün komandalar kimi təbii ki, planlarımız var. Amma hələ konkret bir şey yoxdur.

– Oyun ərzində dəyişiklik etməməyinizin səbəbi nə idi?

– Hamı yaxşı oynadı. Buna görə də ehtiyac yox idi.

Şahin Cəfərov 

Əsas xəbərlər, Premyer liqa Berdıyev: “Əsas odur ki, səhvlər bilərəkdən olmasın”

9 Dekabr 2024, 22:45

Əsas xəbərlər, Ölkə futbolu Kurban Berdiyev: “Belə oyunlar birinci səhvə qədər oynanılır”

29 Noyabr 2024, 18:28

Əsas xəbərlər, Ölkə futbolu Rusiyalı menecer: “Berdıyev bu xəbərlərə əhəmiyyət vermədi”

28 Noyabr 2024, 13:52

Əsas xəbərlər, Ölkə futbolu Berdıyev “əvəzedicilər”in oyununu izlədi

25 Noyabr 2024, 17:45

Əsas xəbərlər, Ölkə futbolu Berdıyev “Turan Tovuz”dan ayrılıb?

25 Noyabr 2024, 11:41

Əsas xəbərlər, Ölkə futbolu Kurban Bedıyev: “Uğursuz məqamda qol buraxdıq”

24 Noyabr 2024, 20:08

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью