futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XIX turunun “Kəpəz” – “Turan Tovuz” (5:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi… – Bu oyunda “Kəpəz” layiqli qələbə qazandı.
Planlaşdırdıqlarımız alınmadı. Rəqibi təbrik edirəm. – Son 8 matç, 1 qələbə… – Bugünkü oyuna baxsaq, ümumən heçnə alınmadı.
Amma digər oyunlara baxsaq, heç-heçə etdiklərimiz də var. – Orxan Əliyev də nə görüb transfer etmisiz?
Rüftə Əhmədovla avrokuboklara getmək şansız var? – Yaxşı oyunçudur. İlk oyunu idi. Həyəcan var. – Oyununuz baş tutmadı. Problem nə idi?
– Oyunçular arasındakı anlaşmada problem var idi. Bir də standart vəziyyətlərdə, müdafiələrdə ciddi səhvlər oldu.
– Ehtiram Quliyev demişdi ki, Kurban Berdıyev “Turan”ı avrokuboklara aparmağa söz verib. Bu oyuna təsiri var idi? – Xeyr, heç də deməzdim.