Berdıyevdən 4:0 a şərh

25.05.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (0:4) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Oyundan məmnunam. Son oyunda azarkeşlərə sevinc verə bildik. Mövsümdən məmnunluq var, amma daha yaxşı oynaya bilərdik.

– Qış fasiləsindən sonra bu rəqibdən 5 qol buraxmışdınız. Revanş hissi var idi?

– Oyundan öncə belə böyük hesabın olacağını bilmirdik.

– Komandanın avrokuboklara gedib getməməsi Kubokun finalından asılıdır. Oyunu izləyəcəksiniz?
-Bəli

– Komandadan milliyə oyunçu çağırılmayıb. Sizcə, layiq kimsə yoxdur?
– Nəsə deyə bilmərəm. Baş məşqçinin qərarıdır.

Şahin Cəfərov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью